Azərbaycanda qardaş qardaşın gözü önündə yanaraq öldü - VİDEO

Azərbaycanda qardaş qardaşın gözü önündə yanaraq öldü - VİDEO Görüntülərdə avtomobildə yanan şəxslərdən birinin qardaşının da hadisə yerinə gəldiyi görünür
Hadisə
19 Yanvar , 2015 14:18
Azərbaycanda qardaş qardaşın gözü önündə yanaraq öldü - VİDEO

Bakı. 19 yanvar. REPORT.AZ/ Ucar rayonunun Təzə Şilyan kəndi, Bakı-Qazax yolunun 216 kilometrliyində baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

“Report”un xəbərinə görə, görüntülərdə avtomobildə yanan şəxslərdən birinin qardaşının da hadisə yerinə gəldiyi görünür.

Qeyd edək ki, vətəndaşlara məxsus “Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1962-ci il təvəllüdlü Ehtiram Əkrəm oğlu Salahov və sərnişin E.N.Qurbanov yanaraq ölüb.

Son xəbərlər

Orphus sistemi