Qaraçuxurda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Qaraçuxurda qadına qarşı soyğunçuluq edən şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
1 Oktyabr , 2014 13:26
Qaraçuxurda qadına qarşı soyğunçuluq edən şəxs tutulub
Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Belə ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxs qəsəbə sakini Surayyə Məmmədovaya zor tətbiq edərək çantasını alıb.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Hamil Abuşov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi