Qaradağda iş adamının seyfindən oğurluq edilib

Qaradağda iş adamının seyfindən oğurluq edilib Seyfdən 7600 manat oğurlanıb
Hadisə
1 Oktyabr , 2014 14:13
Qaradağda iş adamının seyfindən oğurluq edilib
Bakı. 1 Oktyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda daş karxanasından oğurluq edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, daş karxanasının Qızıldaş qəsəbəsində yerləşən ofisində, Mustafa Cabbarovun iş otağındakı seyfdən 7600 manat oğurlanıb. Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən həmin karxanada işləyən Cəlilabad rayon sakini Zahir Quliyev yaxalanıb.

Son xəbərlər

Orphus sistemi