Yuxarı

Qaradağda zəncirvari qəza, 10-a yaxın şəxs xəsarət alıb - VİDEO

​Qaradağda zəncirvari qəza, 10-a yaxın şəxs xəsarət alıb

446

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 42-ci kilomertliyində qeydə alınıb

Belə ki, “Lexus” markalı “10 00 325” dövlət nömrə nişanlı avtomobillə “Hyundai” markalı “90 ZV 032” və “Mercedes” markalı “99 GS 623” dövlət nömrə nişanlı maşınlar toqquşub. Qəza zamanı 10 nəfərə yaxın insan xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi