Qaradağda yol qəzası olub, xəsarət alanlar var

Qaradağda yol qəzası olub, xəsarət alanlar var Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Noyabr , 2019 01:14
Qaradağda yol qəzası olub, xəsarət alanlar var
Foto: "Report"

Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Ələt dairəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərhadov Valeh Tarix oğlu və onun həmyaşıdı Məmmədzadə Asim Rasim oğlunun olduqları avtomobilin təkərinin partlaması nəticəsində qəzaya düşərək xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. V.Fərhadova və A.Məmmədzadəyə döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi