Qaradağda yol qəzası baş verib, ölən var

Qaradağda yol qəzası baş verib, ölən var Bakı. 17 avqust. REPORT.AZ/ Qaradağ rayonunda yol qəzası baş verib.
Hadisə
17 Avqust , 2018 13:02
Qaradağda yol qəzası baş verib, ölən var

Bakı. 17 avqust. REPORT.AZ/ Qaradağ rayonunda yol qəzası baş verib.   

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə rayonun Ələt qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, avqustun 16-da saat 21 radələrində Salyan rayon sakini Elxan Salahov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarında dayanmış Yevlax rayon sakini Elnur Adıgözəlova məxsus “KamAZ” markalı avtomobilə vurub və nəticədə E.Salahov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi