Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda yol qəzası baş verib.
"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, sentyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsinin sakini Bilal Hüseynov idarə etdiyi “AzSamand” markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.