Qaradağda sərnişin avtobusu qəza törədib, xəsarət alan var - YENİLƏNİB

Qaradağda sərnişin avtobusu qəza törədib, xəsarət alan var - YENİLƏNİB Qaradağda qəzaya düşən sərnişin avtobusunda xəsarət alan sərnişinin vəziyyəti ağırdır.
Hadisə
23 Sentyabr , 2019 12:55
Qaradağda sərnişin avtobusu qəza törədib, xəsarət alan var - YENİLƏNİB

Qaradağda qəzaya düşən sərnişin avtobusunda xəsarət alan sərnişinin vəziyyəti ağırdır. 

 “Report”un yerli bürosu xəbər verir ki, 149 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Nəticədə bir nəfər kişi müştərək travma, qapalı kəllə-beyin travması və ətrafların əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda müalicəsi davam edir.


*** 12:36

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agnetliyindən (BNA) bildirilib.

Belə ki, Qaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

Agnetlik tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə 2 minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.

Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

BNA qeyd edib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.

Son xəbərlər

Orphus sistemi