Qaradağda piyada keçidi ilə hərəkət edən gənc qızı maşın vurub - FOTO - YENİLƏNİB

Qaradağda piyada keçidi ilə hərəkət edən gənc qızı maşın vurub - FOTO - YENİLƏNİB Hadisə Müşviqabad qəsəbəsində baş verib
Hadisə
14 Oktyabr , 2017 10:02
Qaradağda piyada keçidi ilə hərəkət edən gənc qızı maşın vurub - FOTO - YENİLƏNİB

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakda piyadanın vurulması zamanı sükan arxasında Məmmədov Ağaələsgər Ağaibrahim oğlu deyil, avtomobil sahibi Xəlilov Abid Qaraş oğlu olub. 

Bu barədə “Report”a A.Məmmədov məlumat verib. 

”Mən yalnız həmin avtomobili etibarnamə ilə sürmək hüququna malikəm”, - deyə, o, əlavə edib. 

Qeyd edək ki, fakt üzrə araşdırmalar davam etdirilir.


*** 13 oktyabr saat 06:59

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ötən gecə Müşviqabad qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Şamaxı-Bakı yolu ilə hərəkət edən “99-GC-706” dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Məmmədov Ağaəsgər Ağaibrahim oğlu piyada zolağı ilə hərəkət edən təxminən 20-25 yaşlı qızı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər vəziyyəti ağır olduğu üçün onu xəstəxananın Reanimasiya şöbəsinə köçürüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi