Qaradağda mübahisə zəminində bıçaqlanma olub

Qaradağda mübahisə zəminində bıçaqlanma olub Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər
Hadisə
6 Noyabr , 2017 04:07
Qaradağda mübahisə zəminində bıçaqlanma olub

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1996-ci il təvəllüdlü İsayev İbad Novruz oğlu Müşviqabad qəsəbəsində mübahisə zəmnində bıçaqlanıb.

O, aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi