Qaradağda kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxs hadisəni törətdiyini etiraf edib

Qaradağda kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxs hadisəni törətdiyini etiraf edib Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib
Hadisə
1 Noyabr , 2017 11:58
Qaradağda kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxs hadisəni törətdiyini etiraf edib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

E.Ağayev ibtidai istintaq dövründə cinayət işinin düzgün araşdırılmadığını deyib. O, hadisəni törətdiyini etiraf edib: "Mənim evimə gəlmişdi, əlində də bıçaq. Məni bıçaqla vurmaq istəyirdi. Ona görə də onu vurdum. Hadisədən sonra polisə məlumat verdim".

Daha sonra qətlə yetirilmiş şəxsin qızı Aytən Baləhmədova dindirilib. O bildirib ki, E.Ağayev onların evlərinə gələrək atasını qətlə yetirib: "Mən atamı görəndə artıq ölmüşdü".

Şahid qismində dindirilən Günay Baləhmədova ifadəsində qeyd edib ki, E.Ağayev dayısı Baləhməd Əhmədovu öldürüb.

E.Ağayev isə hadisəni öz evlərində törətdiyini söyləyib.

Qeyd edək ki, hadisə bu il matın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Bolis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Baləhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu öldürüb.

E.Ağayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.

Son xəbərlər

Orphus sistemi