Yuxarı
    Bağlamaq

    Qaradağda "Kamaz"la minik avtomobilinin toqquşması nəticəsində yol kənarında dayanan piyada ölüb

    Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır

    Bakı. 5 avqust. REPORT.AZ/ Qaradağda "Kamaz" markalı yük maşını ilə minik avtomobili toqquşub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə avqustun 4-də rayonun Qobustan qəsəbəsində qeydə alınıb. 

    Məlumata görə, Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi "KamAZ-53212" markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi "Opel" markalı avtomobilə vurub, idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanan Alim Vəliyevin idarə etdiyi "Shacman" markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib. Nəticədə M.Abbasov hadisə yerində ölüb, S.Xalidov xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi