Qaradağda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Qaradağda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb Bakı. 2 may. REPORT.AZ/ Qaradağ rayonunda iki avtomobil toqquşub.
Hadisə
2 May , 2018 09:19
Qaradağda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Report

Bakı. 2 may. REPORT.AZ/ Qaradağ rayonunda iki avtomobil toqquşub.

"Report" xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi ərazisində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər - 1957-ci təvəllüdlü Qəribov Məhəmməd Qərib oğlu, 1988-ci il təvəllüdlü Heydərov Rəşad Rəşid oğlu, 1991-ci il təvəllüdlü Qafarova Günel Mahir qızı və 2001-ci il təvəllüdlü Qafarzadə Əli Mahir oğlu ağır xəsarət alıblar. 

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi