Qaradağda göldə batan gəncin cəsədi tapılıb

Qaradağda göldə batan gəncin cəsədi tapılıb O, nəzarətsiz ərazidə batıb
Hadisə
18 Aprel , 2016 10:41
Qaradağda göldə batan gəncin cəsədi tapılıb

Bakı. 18 aprel. REPORT.AZ/ Qaradağ rayonu ərazisindəki göldə batan gəncin cəsədi tapılıb. 

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, aprelin 16-da Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki göldə, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə batan 1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi