Bakı. 4 aprel. REPORT.AZ/ Qaradağ rayonunda evin həyətində torpağa basdırılan “Naqan” tipli tapança aşkarlanıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsinin və 3 saylı İstintaq Təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən həyət evində torpağa basdırılan 1 ədəd İtaliya istehsalı “Olimpik-6” markalı “Naqan” tipli tapança aşkar edilərək götürülüb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.