Qaradağda əri tərəfindən qısqanclıq zəminində öldürülən qadının bacısı ifadə verib

Qaradağda əri tərəfindən qısqanclıq zəminində öldürülən qadının bacısı ifadə verib Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib
Hadisə
1 Oktyabr , 2018 12:39
Qaradağda əri tərəfindən qısqanclıq zəminində öldürülən qadının bacısı ifadə verib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüsalə Cavadova ifadə verib.

O, qətlə yetirilmiş Günel Qəhrəmanlının bacısı olduğunu bildirib.

İfadə verməmişdən əvvəl şahid təqsirləndirilən şəxsin üzünü görmək istəmədiyini qeyd edib.

V.Cavadova bacısının günahsız olduğunu deyib. Daha sonra o, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini vurğulayıb.

Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hadisədən sonra 10-cu Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən E.Qəhrəmanlı həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, 1993-cü il təvəllüdlü E.Qəhrəmanlının qətlə yetirdiyi arvadından iki - 7 və 5 yaşlı övladı var. 

Son xəbərlər

Orphus sistemi