Qaradağda avtomobili avtobusa çırpan sürücünün cinayət işində 32 zərərçəkmiş var

Qaradağda avtomobili avtobusa çırpan sürücünün cinayət işində 32 zərərçəkmiş var Bakı. 13 dekabr. REPORT.AZ/ Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində 1 nəfərin ölməsi, bir neçə nəfərin isə isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
13 Dekabr , 2018 11:10
Qaradağda avtomobili avtobusa çırpan sürücünün cinayət işində 32 zərərçəkmiş var
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində 1 nəfərin ölməsi, bir neçə nəfərin isə isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rufan Mürsəlovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.

Cinayət işində 32 zərərçəkmiş var.

Qeyd edək ki, iyulun 12-də saat 8 radələrində Əliyev Rövşən İsa oğlu “Merdedes Benz” markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi “Deltabus” markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurub. Nəticədə avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölmüş, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi