Qaradağda arvadını qısqanclıq zəminində öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Qaradağda arvadını qısqanclıq zəminində öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib
Hadisə
19 Dekabr , 2018 10:55
Qaradağda arvadını qısqanclıq zəminində öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Qaradağ rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi