Qaradağda “KamAZ”la minik avtomobili toqquşub, ölən və yaralanan var

Qaradağda “KamAZ”la minik avtomobili toqquşub, ölən və yaralanan var Faktı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırır
Hadisə
21 Avqust , 2017 12:47
Qaradağda “KamAZ”la minik avtomobili toqquşub, ölən və yaralanan var

Bakı. 21 avqust. REPORT.AZ/ Qaradağ rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 19-da saat 9 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Salyan rayon sakini Ramil Mustafayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Ramin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə R.Abbasovun sərnişini- Göygöl rayon sakini Nəriman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırır.

Son xəbərlər

Orphus sistemi