Qaradağda 58 yaşlı kişinin faciəvi ölümü ilə bağlı məhkəmə başlayır

Qaradağda 58 yaşlı kişinin faciəvi ölümü ilə bağlı məhkəmə başlayır Qaradağ rayonunda Karvansaray əhəng daşı karxanasında texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə məsul şəxs Hafiz Abbasovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
6 Dekabr , 2019 13:19
Qaradağda 58 yaşlı kişinin faciəvi ölümü ilə bağlı məhkəmə başlayır

Qaradağ rayonunda "Karvansaray" əhəng daşı karxanasında texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə məsul şəxs Hafiz Abbasovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Hakim Sədrəddin Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin oktyabr ayında Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən "Karvansaray" əhəng daşı karxanasında baş verib.

Kombaynçı-maşinist işləyən Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Əliəfsər Qurban oğlu karxanada işləyərkən işlətdiyi daşkəsən kombayn relsdən çıxıb.

Ə.Əhmədov kombaynı relsin üzərinə qaldırmaq istəyərkən həmin kombayn hərəkətə gəlib. Nəticədə Ə.Əhmədov kombaynın altında qalaraq ölüb.

Hadisə ilə H.Abbasova Cinayət Məcəlləsinin 162.2-ci (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi