Qaradağ seçki dairəsi ilə bağlı DSK-nın qərarı qüvvədə saxlanıldı

Qaradağ seçki dairəsi ilə bağlı DSK-nın qərarı qüvvədə saxlanıldı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli Məclis
23 Fevral , 2020 16:59
Qaradağ seçki dairəsi ilə bağlı DSK-nın qərarı qüvvədə saxlanıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

"Report"un məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizəd Səxavət Soltanlı müraciətində dairə üzrə seçki məntəqələrində səsvermə prosesinin pozulduğu qeyd edib. 

MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb. Q.Orucov təklif edib ki, şikayət əsassız hesab olunsun və DSK-nın qərarı qüvvədə saxlanılsın. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Aydın Hüseynovdur.

Son xəbərlər

Orphus sistemi