Qaradağ sakini həmyerlisini yumruqla vuraraq öldürüb

Qaradağ sakini həmyerlisini yumruqla vuraraq öldürüb Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Murad Zəkiyev tutulub
Hadisə
22 Avqust , 2017 12:47
Qaradağ sakini həmyerlisini yumruqla vuraraq öldürüb

Bakı. 22 avqust. REPORT.AZ/ Qaradağ sakini həmyerlisini yumruqla vuraraq öldürüb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, avqustun 14-də Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qəsəbə ərazisində R.Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verdiyi, sonuncunun onun sinə nahiyəsinə yumruqla vurması nəticəsində R.Dəmirovun yıxılıb öldüyü müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Zəkiyev tutulub.

Son xəbərlər

Orphus sistemi