Yuxarı

Qaradağ rayonunda istifadəyə yararlı olan 2 ədəd trotil qutusu aşkarlanıb

Aşkar edilən hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib

Bakı. 6 iyun. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" telefon xəttinə məlumat daxil olub.

Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanan sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 2 ədəd trotil qutusudur.

Aşkar edilən hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi