Bakı. 3 avqust. REPORT.AZ/ Qaradağ rayonunda gənc oğlan bıçaqlanıb.
"Report" xəbər verir ki, hadisə Səngaçal qəsəbəsində qeydə alınıb.
Belə ki, 26 yaşlı Muradov Mahir Firuddin oğlu evlərinin yaxınlığında mübahisə zamanı bıçaqlanıb. O, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.