Qaradağ rayonunda birmərtəbəli ev yanıb

Qaradağ rayonunda birmərtəbəli ev yanıb Yanğın saat 19:05-də söndürülüb
Hadisə
26 Aprel , 2015 20:19
Qaradağ rayonunda birmərtəbəli ev yanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Qaradağ rayonunda yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi