Yuxarı

Qaradağ rayonunda 50 yaşlı kişi bazarda bıçaqlanıb

Qaradağ rayonunda 50 yaşlı kişi bazarda bıçaqlanıb

51

Onun vəziyyəti ağır kimi qiymətləndirilir

Bakı. 27 mart. REPORT.AZ/ Bakının Qaradağ rayonunda orta yaşlı kişi bıçaq xəsarəti alıb.

"Report"un xəbərinə görə, hadisə Lökbatan qəsəbəsində baş verib.

 "Meyvəli bazar"da satıcı kimi fəaliyyət göstərən 1968-ci il təvəllüdlü Qafarov Zahid Həsən oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə o, kürəyinin sol tərəfindən bıçaqlanıb. Yaralının vəziyyəti ağır olduğundan Z. Qafarov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi