Bakı
"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə tövsif edilib. Həmin maddənin sanksiyası çərçivəsində müddət başa çatdığı üçün Ə.Ağaliyevə cəza təyin edilməyib.
Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.
Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində işləyib.