Qaradağda əməliyyat: külli miqdarda narkotik aşkarlanıb

Qaradağda əməliyyat: külli miqdarda narkotik aşkarlanıb Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobustan qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər
Hadisə
17 fevral 2024 07:56
Qaradağda əməliyyat: külli miqdarda narkotik aşkarlanıb

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində külli miqdarda narkotik aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında sözügedən ərazidə həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Emin Vəliyevdən 5 kiloqram 369 qram marixuana, 245 qram tiryək və psixotrop tərkibli 100 ədəd metadon həbi götürülüb. E.Vəliyev ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi