Məlumata görə, daş karxanasının Qızıldaş qəsəbəsində yerləşən ofisində, Mustafa Cabbarovun iş otağındakı seyfdən 7600 manat oğurlanıb. Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən həmin karxanada işləyən Cəlilabad rayon sakini Zahir Quliyev yaxalanıb.
Qaradağda iş adamının seyfindən oğurluq edilib
Hadisə
1 Oktyabr , 2014
14:13


Bakı. 1 Oktyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda daş karxanasından oğurluq edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Son xəbərlər
