Bakı. 8 sentyabr.REPORT.AZ/ Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini Şaban Nəbiyevi güllələyərək qətlə yetirən İlqar Quliyev artıq həbs edilib. Bu barədə Report-a Qaradağ rayon Prokurorluğundan məlumat verilib.
Qaradağ Rayon Polis İdarəsi (RPİ) və 38-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İ.Quliyev saxlanılaraq istintaqa təqdim olunub.
Qeyd edək ki, İ.Quliyev mərhum Şaban Nəbiyevin 2007-ci il yanvar ayının 9-da qətlə yetirdiyi Ələsgər Quliyevin oğludur. İ.Quliyev atasının qisasını almaq məqsədi ilə sentyabrın 3-dən 4-nə keçən gecə Ş.Nəbiyevi qətlə yetirib.