Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
2 Sentyabr , 2014
14:44


Bakı. 2 sentyabr.REPORT.AZ/ Qaradağ rayonunun Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Report-a verilən məlumata görə Astara şəhər sakini Çingiz Məmmədovun idarə etdiyi “VAZ-21099” və Sabirabad rayon sakini Nəriman Hüseynovun idarə etdiyi “Zil MMZ” markalı avtomobilləri toqquşub. Nəticədə Ç.Məmmədovun sərnişinlərindən - Zaqatala şəhər sakini Sürəyya Qurbanova hadisə yerində dünyasını dəyişib, sürücü özü və digər sərnişin Çiçək Qurbanova xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) İstintaq və Təhqiqat şöbəsində cinayət işi başlanılıb araşdırma aparılır.
Rus versiyası
В Гарадаге произошло ДТП со смертельным исходом
Son xəbərlər
