Qaraçuxurda avtomobilləri qəsdən yandıran şəxs tutulub

Qaraçuxurda avtomobilləri qəsdən yandıran şəxs tutulub Hadisəni törədən şəxs əvvəllər məhkum həyatı yaşayıb
Hadisə
9 İyul , 2015 13:30
Qaraçuxurda avtomobilləri qəsdən yandıran şəxs tutulub

Bakı. 9 iyul. REPORT.AZ/ Qaraçuxur qəsəbəsində avtomobilləri qəsdən yandıran Bakı şəhər sakini tutulub. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi, Bakı BPİ-nin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 32-i PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də Qaraçuxur qəsəbəsində Malik Əliyevə, Oqtay İzətullayevə, Leyla Kərimovaya və "Socar Cape" şirkətinə məxsus avtomobilləri qəsdən yandıran Bakı şəhər sakini əvvəllər məhkum olunan Fuad Xuduşov tutulub.

Son xəbərlər

Orphus sistemi