Qaraçuxur ərazisindən silah-sursat aşkarlanıb

Qaraçuxur ərazisindən silah-sursat aşkarlanıb Bakı. 26 yanvar. REPORT.AZ/ Qaraçuxur qəsəbəsi ərazisindən silah-sursat aşkarlanıb.
Hadisə
26 Yanvar , 2019 11:28
Qaraçuxur ərazisindən silah-sursat aşkarlanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Qaraçuxur qəsəbəsi ərazisindən silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, daxil olan məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd F-1 qumbarası, 2 ədəd alışdırıcı və 7 ədəd patron tapılıb.

Son xəbərlər

Orphus sistemi