“Qarabağ” UEFA Gənclər Liqasında sonuncu oyununu keçirib

“Qarabağ” UEFA Gənclər Liqasında sonuncu oyununu keçirib Bakı. 5 dekabr. REPORT.AZ/ Qarabağ komandasının 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında son oyununu keçirib. 
Futbol
5 Dekabr , 2017 20:27
“Qarabağ” UEFA Gənclər Liqasında sonuncu oyununu keçirib

Bakı. 5 dekabr. REPORT.AZ/ "Qarabağ" komandasının 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında son oyununu keçirib. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi İtaliya paytaxtında "Roma"dan olan həmyaşıdları ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma" ilk yarıda 2, fasilədən sonra 1 qol vurub. İkinci hissədə "Qarabağ" fərqi azaltmaq üçün irəli atılsa da, qol imkanlarından yararlana bilməyib.

Beləliklə, Ağdam komandası UEFA Gənclər Liqasını 3 xalla sonuncu pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi