"Qarabağ" UEFA Gənclər Liqasında "Atletiko”nu məğlub edib - VİDEO

"Qarabağ" UEFA Gənclər Liqasında "Atletiko”nu məğlub edib - VİDEO Yeganə qolu 45-ci dəqiqədə Yaroslav Deda vurub
Hadisə
130
31 Oktyabr , 2017 20:16
Qarabağ UEFA Gənclər Liqasında Atletiko”nu məğlub edib - VİDEO

Bakı. 31 oktyabr. REPORT.AZ/ UEFA Gənclər Liqasında 4-cü tura start verilib. 

"Report"un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən "Qarabağ” komandası növbəti matçını keçirib. Ağdam komandası İspaniyada "Atletiko”nu 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 45-ci dəqiqədə Yaroslav Deda vurub.

İngiltərədə baş tutan ilk oyunda "Çelsi”yə 0:5, ardınca evdə "Roma”ya 0:3, daha sonra "Atletiko”ya Bakıda 1:5 hesabı ilə uduzan Ağdam təmsilçisi qələbə qazanmağına baxmayaraq, hazırda sonuncu pillədə qərarlaşıb.

Gənclər Liqası

C qrupu, IV tur

31 oktyabr

18:00. "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) 0:1

Qol: Yaroslav Deda, 45

Baş hakim: Ştefan Klossner

Yan xətt hakimləri: Remi Tsqraggen, Efe Kurnazça (hamısı İsveçrə)

Dördüncü hakim: Valentin Qomes (İspaniya)

UEFA nümayəndəsi: Neil Morrou (Şimali İrlandiya)

Hakim-inspektor: Manuel Dias Veqa

Madrid. "Estadio Cerro del Espino”

Xal durumu: "Çelsi”, "Roma”, "Atletiko” – 6, "Qarabağ” – 3.

Son xəbərlər

Orphus sistemi