"Qarabağ"ın sabiq futbolçusunun oğlu çayda batıb

"Qarabağ"ın sabiq futbolçusunun oğlu çayda batıb Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır
Hadisə
1 İyun , 2015 15:19
Qarabağın sabiq futbolçusunun oğlu çayda batıb

Bakı. 1 iyun. REPORT.AZ/ Araz çayının İmişli rayonu, Məzrəli kəndi ərazisindən keçən hissəsində batan iki nəfərdən birinin kimliyi müəyyənləşib. "Report"un məlumatına görə, batan şəxslərdən biri "Qarabağ" futbol klubunun sabiq futbolçusu Gülağa Əhməd oğlu Məmmədovun oğlu Anar Məmmədovdur.

Hadisə dünən baş verib. A.Məmmədov qaynı ilə birgə balıq tutmağa gedib. Bir neçə saat sonra onların avtomobili qohumları tərəfindən sahibsiz aşkarlanıb.

Ərazidə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır.

Qeyd edək ki, Gülağa Məmmədov uzun müddət "Qarabağ" klubunda çıxış edib və 1993-cü ildə komandada adminstrator kimi çalışıb.

Son xəbərlər

Orphus sistemi