Qara Qarayev metrosunun yaxınlığında gənc oğlan bıçaqlanıb

Qara Qarayev metrosunun yaxınlığında gənc oğlan bıçaqlanıb Hadisə ötən gün Nizami rayonunda baş verib
Hadisə
17 İyul , 2017 02:30
Qara Qarayev metrosunun yaxınlığında gənc oğlan bıçaqlanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Qara Qarayev metrosunun yaxınlığında gənc oğlan bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə ötən gün Nizami rayonunda baş verib.

Metronun Qara Qarayev stansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Səmədzadə Elşən Lətif oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı E.Səmadzadə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi