Qar Şamaxı-Qızmeydan yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb - FOTO - VİDEO - YENİLƏNİB

Qar Şamaxı-Qızmeydan yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb - FOTO - VİDEO - YENİLƏNİB Yolun 5 km-lik dolaylı hissəsi buz bağlayıb
Hadisə
27 yanvar 2018 12:37
Qar Şamaxı-Qızmeydan yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Xəbər 13:33-də dərc edilib, video əlavə olunub


Şamaxı. 27 yanvar. REPORT.AZ/ Şamaxı-Qızmeydan avtomobil yolunda güclü qar yağışı səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, bu gün səhər saatlarından etibarən yağan güclü qar yolun, əsasən, 1, 8, 11, 12 kilometrliklərində problemlər yaradıb.  

Şosenin 9 km-də nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb, yolun 5 km-lik dolaylı hissəsi buz bağlayıb. 

Yolun qardan təmizlənməsi üçün Azərbaycan Avtomobil Dövlət Yolları Agentliyinin 8 saylı Məhdud Məsuliyyətli Cəmiyyətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. 

Yol qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. 

Son xəbərlər

Orphus sistemi