Qar cənub bölgəsində də təsirsiz ötüşməyib

Qar cənub bölgəsində də təsirsiz ötüşməyib Cəlilabad-Yardımlı yolunda gediş-gəliş məhdudlaşıb
Hadisə
26 Yanvar , 2016 22:48
Qar cənub bölgəsində də təsirsiz ötüşməyib

Bakı. 26 yanvar. REPORT.AZ/ Səhər saatlarından yağan qar cənub bölgəsində təsirsiz ötüşməyib.

"Report"un məlumatına görə, Biləsuvar rayonunda qarın qalınlığı 10-15 sm-ə çatıb.

Cəlilabad rayonunun mərkəz hissələrində qar örtüyü 20 sm, dağlıq ərazilərdə isə 25-30 sm-ə çatıb. Rayonun dağlıq ərazisində yerləşən Buravar və Əsədli kəndlərində gün ərzində fasilələrlə elektrik enerjisi verilib.

Cəlilabad-Yardımlı yolunda gediş-gəliş məhdudlaşıb. Hazırda avtomobil yollarında qardan və buzdan təmizlənmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi