Yuxarı
    Bağlamaq

    Qar Bakıda nəqliyyatın hərəkətini çətinləşdirib - FOTO

    Əksər marşrut avtobusları gecikmələrlə işləyir

    Əksər marşrut avtobusları gecikmələrlə işləyir

    Bakı. 1 fevral. REPORT.AZ/ Bakıya yağan qar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

    “Report”un məlumatına görə, sürət həddi tənzimlənən bütün yollarda yuxarı sürət həddi aşağı salınıb.

    Aeroport yolunda sürət həddi 60 km/saata endirilib. Paytaxt yollarında asfaltın üzərinə bəzi yerlərdə duz və qum səpilib.

    Aeroport yolu və bəzi digər əsas yollar istisna olmaqla, əksər küçələrdə avtomobillərin hərəkətində tıxac yaranıb. 

    Paytaxtın müxtəlif yerlərində yüngül avtomobil qəzaları qeydə alınıb.

    Əksər marşrut avtobusları gecikmələrlə işləyir. 36 saylı marşrut avtobusunun sürücülərindən biri “Report”un əməkdaşına bildirib ki, bu xətt üzrə mövcud 21 avtobusdan yalnız 8-i işləyir: “Qar olduğundan və yollar buz bağladığından sürücülərin əksəriyyəti işə çıxa bilməyib”.

    Piyada keçidlərində polis əməkdaşları gediş-gəlişdə çətinlik çəkən vətəndaşlara kömək edir. Sosial şəbəkələrdə bununla bağlı fotolar yayılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi