Yuxarı

Qar Azərbaycanda turizm zonalarını iflic edib - FOTO

İki sutkadan artıq yağan qar Şahdağa gələn turistlərə mane olub

Bakı. 2 yanvar. REPORT.AZ/ Yağan qar respublikanın turizm zonalarını iflic edib. "Report"un xəbərinə görə, ən çox qar Şahdaq Qış-Yay Turizm Kompleksinin ərazisinə yağıb.

Turistlər yolların bərbad olmasına görə geri qayıdıblar. İki sutkadan artıq yağan qar Şahdağa gələn turistlərə mane olub. Geri qayıdan turistlər rayon ətrafı turizm obyektlərində Quba və Qusardakı otellerə üz tutublar. Hətta gecə saatlarında heç bir otellerdə yer olmayıb.

Şahdaq-Qış-Yay Turizm Kompleksinin yolları buz bağladığına görə turistlərin əksəriyyəti geri qayıtmağa məcbur olub.

Turizm kompleksindən verilən məlumata görə az turisti görmək olar ki, onlarda ötən günlərdən gələnlərdir. hətda bəzi turistlər öz avtomobilləri ilədə qəzaya uğrayıblar.

Şahdaq Turizm Kompleksindən verilən məlumata görə qarın yağması Turizm kompleksində durğunluq yaşandığını bildirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi