Qanunsuz yükdaşıma ilə məşğul olanlara qarşı profilaktik tədbir keçirilib

Qanunsuz yükdaşıma ilə məşğul olanlara qarşı profilaktik tədbir keçirilib Qanunsuz yükdaşıma ilə məşğul olan şəxslərlə bağlı nəzarət profilaktik tədbir həyata keçilib.
Hadisə
23 İyun , 2022 12:12
Qanunsuz yükdaşıma ilə məşğul olanlara qarşı profilaktik tədbir keçirilib

Qanunsuz yükdaşıma ilə məşğul olan şəxslərlə bağlı nəzarət profilaktik tədbir həyata keçilib.

"Report" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) alayının üçüncü tağımı Bakı şəhəri, Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində nəzarət profilaktik tədbir keçirərək yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

DYP-nin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru polis baş leytenantı Toğrul Nəsirlinin sözlərinə görə, nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması barədədəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir:

"Qeyd olunanlar, habelə yay mövsümündə ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğrama ehtimalının artması nəzərə alınaraq, belə halların qarşısının alınması məqsədilə DİN-in Baş DYP İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır".

Son xəbərlər

Orphus sistemi