Yuxarı
    Bağlamaq

    Qanunsuz silah saxladığına görə tutulan Nardaran sakininin evindən əlavə silah-sursat aşkarlanıb

    Tapılan silah-sursat müayinə edilməsi üçün DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib© DİN

    Bakı. 18 aprel. REPORT.AZ/ Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən bir neçə gün əvvəl yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulan Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun ətrafında daxil olan əməliyyat məlumatı əsasında əlavə əməliyyat-axtarış tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu zaman onun yaşadığı evin həyətindəki su quyusundan nömrəsi silinmiş "Makarov" markalı tapança, lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd "F-1" qumbarasının alışqanı, 151 ədəd avtomat patronu, 7 ədəd giliz, 1 ədəd beşbarmaq, kustar üsulla hazırlanmış 6 ədəd bıçaq, 1 qılınc, 1 ədəd bıçaq qabı aşkar edilərək götürülüb.

    Tapılan silah-sursat müayinə edilməsi üçün DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib.

    Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Xatırladaq ki, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının aprelin 13-də həyata keçirdikləri əməliyyat zamanı saxlanılan Ə.Cabbarovun yaşadığı evin həyətində istifadə olunmayan tikilidən 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli “Karabin” markalı tüfəng, "RQD”-5 əl qumbarası və AK 74 avtomatına məxsus süngü bıçağı aşkar olunaraq götürülüb.

    DİN vətəndaşlara bir daha müraciət edərək bildirir ki, əllərdə qanunsuz saxlanılan odlu silah-sursat və partlayıcı maddələr könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi