Yuxarı

Qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad oluna biləcəklər

Dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilib

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad oluna biləcəklər.

"Report"un məlumatına görə, bununla bağlı məsələ Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə təkilf edilən dəyişiklikdə əksini tapıb.

Maddəyə əlavə ediləcək qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirələrdən sonra qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi