Qanunsuz ov tüfəngləri götürülüb

Qanunsuz ov tüfəngləri götürülüb Bakı. 17 dekabr. REPORT.AZ/ Qanunsuz ov tüfəngləri götürülüb.
Hadisə
17 Dekabr , 2018 12:34
Qanunsuz ov tüfəngləri götürülüb
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ Qanunsuz ov tüfəngləri götürülüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Saatlı rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Dədə Qorqud kənd sakini Nazim Gülüşovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi və 7 ədəd giliz, şəhər sakini Eldəniz Zeynalovdan isə müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi, 2 ədəd patron və 4 ədəd giliz götürülüb.

Sabirabad rayonunun Ulacalı kənd sakini Namiq Alışovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Ulacalı kənd sakini Namiq Alışovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi