Qanunsuz ov edənlər cərimələniblər

Qanunsuz ov edənlər cərimələniblər Onlardan müxtəlif markalı 4 ədəd ov silahı götürülüb.
Hadisə
30 Dekabr , 2020 12:13
Qanunsuz ov edənlər cərimələniblər

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

DİN-in Mətbuart Xidmətindən "Report"a verilən məlkumata görə, paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində dəniz sahilində Bakı şəhər sakini R.Sadıxov, K.İsgəndərov, İ.Süleymanov və Yevlax rayon sakini K.İsgəndərovun ov qaydalarını kobud şəkildə pozmaları aşkarlanıb. Onlardan müxtəlif markalı 4 ədəd ov silahı götürülüb.

İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi) maddəsinin tələblərini pozmuş həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək hər birinə 1 000 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi