Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Baba
Hadisə
15 İyul , 2022 08:41
Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva "Report"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Kənan Salamov, Yevlax rayon sakinləri Elyar Musayev, Nəriman Ələkbərov və Arzu Aslanov olduğu müəyyən edilib.

“Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Son xəbərlər

Orphus sistemi