Gömrükçülər mobil telefon və dərman preparatlarının qanunsuz idxalının qarşısını alıb

Gömrükçülər mobil telefon və dərman preparatlarının qanunsuz idxalının qarşısını alıb Dövlət Gömrük komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən Samur gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
19 İyun , 2020 09:59
Gömrükçülər mobil telefon və dərman preparatlarının qanunsuz idxalının qarşısını alıb

Dövlət Gömrük komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan oturacağın və yataq yerinin altında gömrük nəzarətinə bəyan olunmayan 7 ədəd "iPhone 11 64 GB" markalı mobil telefon, kabinənin ön panelinin alt hissəsindəki boşluqda isə gömrük nəzarətindən gizlədilən 2 500 kapsul dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi