Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 23 əcnəbi saxlanılıb

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 23 əcnəbi saxlanılıb Bakı. 31 may. REPORT.AZ/ Son günlər Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 14-ü Pakistan, 7-si Türkiyə və 2-si Nigeriya və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 23 əcnəbi sax­­­la­nılıb.
Hadisə
31 May , 2018 11:14
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 23 əcnəbi saxlanılıb
migration.gov.az
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Son günlər Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 14-ü Pakistan, 7-si Türkiyə və 2-si Nigeriya və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 23 əcnəbi sax­­­la­nılıb.

Bu barədə "Report"a DMX-nın mətbuat xidmətindən məlumat verilib.

Saxlanılmış Pakistan vətəndaşlarından 9 nəfərin Azərbaycan əra­zi­sin­də qanunsuz küçə ticarəti ilə məşğul olduğu və 1 nəfərin dilənçilik etdiyi məlum olub.

Türkiyə, Nigeriya və qalan 4 nəfər Pakistan vətəndaşlarının isə ölkədə olma və yaşama qay­da­larını poz­duqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən Nigeriya və Türkiyə vətəndaşlarının ölkəni tərk etmələri tə­min edilib, digər şəxslərin Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

Son xəbərlər

Orphus sistemi