Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 42 əcnəbi saxlanılıb - VİDEO

Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 42 əcnəbi saxlanılıb - VİDEO Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) avqustun1-də və 2-də qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 10-u Hindistan, 7-si Türkmənistan, 5-i Gürcüstan, 4-ü Türkiyə, 2-si Birləşmiş Ərəb Əmirliyi, 2-si Pa­kis­tan, 2-si İraq, 2 -si Tacikistan, 1-i Birləşmiş Krallıq, 1-i Rusiya, 1-i Əfqanıstan, 1-i Ukrayna, 1-i Moldova, 1-i Niderland, 1-i Filippin və 1-i İran vətəndaşı ol­maq­la, ümu­­mi­likdə 42 əc­­nə­bini sax­­­layıb.
Hadisə
3 Avqust , 2018 17:19
Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 42 əcnəbi saxlanılıb - VİDEO
migration.gov.az
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) avqustun1-də və 2-də qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 10-u Hindistan, 7-si Türkmənistan, 5-i Gürcüstan, 4-ü Türkiyə, 2-si Birləşmiş Ərəb Əmirliyi, 2-si Pa­kis­tan, 2-si İraq, 2 -si Tacikistan, 1-i Birləşmiş Krallıq, 1-i Rusiya, 1-i Əfqanıstan, 1-i Ukrayna, 1-i Moldova, 1-i Niderland, 1-i Filippin və 1-i İran vətəndaşı ol­maq­la, ümu­­mi­likdə 42 əc­­nə­bini sax­­­layıb.

Qurumdan "Report"a verilən məlumata görə, saxlanılan 10 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkiyə vətən­da­şının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 3 nəfər Türkmənistan (səy­yar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 25 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

O cümlədən, əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarılmış 1 nəfər - 08.06.1982-ci il təvəl­lüd­lü İraq vətəndaşı Ahmad Jabbar Kadim Tameeminin bi­lə­rək­dən pasport məlumatlarını dəyişərək Ahmad Gabar Kadim Tameemi kimi yenidən Azərbaycan Res­pub­li­kasının ərazisinə daxil olduğu aşkar edilib.

Saxlanılmış əcnəbilərdən 31 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi